AÇ-2024: İspaniya millisi əzmkar qələbə ilə finalda!

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün yarımfinal mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, mərhələnin ilk oyunu İspaniya və Fransa yığmaları arasında baş tutub.

Münhen şəhərində təşkil olunmuş qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start verilib. Finala vəsiqə yolunda həlledici olan bu qarşılaşmanı Sloveniyadan olan FİFA referisi Slavko Vinçiç idarə edib.

Matçda hesabı fransızlar açıblar. Amma ispanlar elə ilk hissədəcə buraxılan qola artıqlaması ilə cavab veriblər və hesabda önə keçiblər. Matç elə bu hesabla (2:1) ispanların xeyrinə yekunlaşıb.

Qeyd edək ki, yarımfinalın sabah baş tutacaq digər oyununda Niderland və İngiltərə yığmaları qarşılaşacaqlar.

Avropa çempionatının həlledici oyunu iyulun 14-də keçiriləcək.

AÇ-2024
Yarımfinal
9 iyul

İspaniya – Fransa 2:1
Qollar: Lamin Yamal, 21. Dani Olmo, 25 – Kolo Muani, 9.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Münhen. “Alyans Arena”.

İspaniya: Unai Simon, Xesus Navas (Dani Vivian, 58), Naço Fernandes, Emerik Lyaport, Mark Kukurelya, Rodri, Dani Olmo (Mikel Oyarsabal, 76), Fabian Ruis, Lamin Yamal (Ferran Torres, 90), Alvaro Morata (Mikel Merino, 76), Niko Uilyams.
Baş məşqçi: Luis de la Fuente.

Fransa: Mayk Menyan, Jül Kunde, Dayo Upamekano, Vilyam Saliba, Teo Ernandes, Nqolo Kante (Eduardo Kamavinqa, 62), Orelyen Tçuameni, Adrien Rabyo (Bredli Barkola, 62), Usman Dembele (Olivye Jiru, 79), Rendal Kolo Muani (Antuan Qrizmann, 62), Kilian Mbappe.
Baş məşqçi: Didye Deşam.