AÇ-2024: İsveçrə yığmasının heyəti açıqlandı

Futbol üzrə İsveçrə yığma komandasının qarşıdakı Avropa çempionatında (AÇ-2024) iştirak edəcək ilkin heyəti müəyyənləşib.

Arena.az bu barədə İsveçrə yığmasının məbuat xidmətinə istinadən məlumat verir.

Vurğulayaq ki, siyahıda hazırda 38 futbolçu var. İsveçrə yığması yekun ərizəyə yalnız 26 futbolçunu daxil etməlidir.

Qapıçılar: İvon Mvoqo (“Loryan”, Fransa), Qreqor Kobel (“Borussiya”, Dortmund, Almaniya), Marvin Keller (“Yanq Boyz”), Paskal Lorets, Yan Zommer (“İnter”, İtaliya);

Müdafiəçilər: Manuel Akanci (“Mançester Siti”, İngiltərə), Niko Elvedi (“Borussiya”, Mönhenqladbax, Almaniya), Silvan Vidmer (“Maynts”, Almaniya), Fabian Şer (“Nyukasl”, İngiltərə), Orel Amenda (“Yanq Boyz”), Ulises Qarsiya (“Olimpik”, Marsel, Fransa), Albian Haydari (“Luqano”), Kevin Mbabu (“Auqsburq”, Almaniya), Brayan Oko (“Liferinq”, Avstriya), Beçir Omeraqiç (“Monpelye”, Fransa), Rikardo Rodriges (“Torino”, İtaliya), Sedrik Seziger (“Volfsburq”, Almaniya), Leonidas Stergiu (“Ştutqart”, Almaniya);

Yarımmüdafiəçilər: Mixel Ebişer (“Bolonya”, İtaliya), Uran Bislimi (“Luqano”), Kvadvo Dua (“Ludoqorets”, Bolqarıstan), Qranit Caka (“Bayer”, Almaniya), Remo Froyler (“Bolonya”, İtaliya), Cerdan Şakiri (“Çikaqo Fayr”, ABŞ), Filip Uqriniç (“Yanq Boyz”), Denis Zakariya (“Monako”, Fransa), Ruben Varqas (“Auqsburq”, Almaniya), Joel Monteyro (“Yanq Boyz”), Dan Ndoy (“Bolonya”, İtaliya), Ardon Yaşari (“Lutsern”), Stiven Zuber (AEK, Yunanıstan), Renato Şteffen (“Luqano”), Fabian Rider (“Renn”, Fransa);

Hücumçular: Noa Okafor (“Milan”, İtaliya), Zeki Amduni (“Börnli”, İngiltərə), Vensan Syerro (“Tuluza”, Fransa), Andi Zekiri (“Genk”, Belçika), Bril Embolo (“Monako”, Fransa).

Qeyd edək ki, iyunun 14-də Almaniyada başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.

İsveçrə yığması “A” qrupunda Almaniya, Şotlandiya və Macarıstan yığmaları ilə mübarizə aparacaq.