AÇ-2024: Niderland 3, Fransa tək qolla qalib gəldi

2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində ikinci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün 4 qrup (B, E, F və G qrupları) üzrə 8 qarşılaşma baş tutub.

B qrupunda Fransa yığması İrlandiyanın qonağı olub. Qonaqlar bu matçda 3 xalı tək qolla qazanıblar. İlk turda məhz fransızlara məğlub olmuş Niderland yığması isə bu dəfə Cəbəllütariqi qəbul ediblər. “Narıncılar” ev oyununda darmadağına seviniblər.

E qrupunda Moldova Çexiyanı, Polşa isə Albaniyanı qəbul edib. Çexlərin səfərdə xal itirdiyi gündə Polşa yığması ilk qələbəsini rəsmiləşdirib.

F qrupunda yer alan Azərbaycan millisi İsveçin qonağı olub. Yığmamız bu görüşdə biabırçı hesabla məğlub olub. İlk turda millimizə qalib gəlmiş Avstriya yığması isə bu dəfə Estoniyanı sınağa çəkib. Hesabı qonaqların açdığı oyunda avstriyalılar əzmkar qələbəyə seviniblər.

G qrupunda da Macarıstan yığması doğma meydanda Bolqarıstanla, Monteneqro isə Serbiya ilə üz-üzə gəlib. Macarlar evdə 3, serblər isə səfərdə 2 cavabsız qolla qələbəyə seviniblər.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 2-ci tur
27 mart

B qrupu

İrlandiya – Fransa 0:1
Qol: Pavar, 50.

Niderland – Cəbəllütariq 3:0
Qol: Depay, 23. Ake, 50; 82.

Xal: Fransa – 6. Yunanıstan – 3. Niderland – 3. İrlandiya – 0. Cəbəllütariq – 0.

E qrupu

Moldova – Çexiya 0:0

Polşa – Albaniya 1:0
Qol: Sviderski, 41.

Xal: Çexiya – 4. Polşa – 4. Moldova – 2. Farer adaları – 1. Albaniya – 0.

F qrupu

Avstriya – Estoniya 2:1
Qol: Kaynts, 68. Qreqoriç, 88 – Sappinen, 25.

İsveç – Azərbaycan 5:0
Qol: E.Forsberq, 38. B.Mustafazadə, 65-öz qapısına. V.Qyökeres, 79. Y.Karlsson, 88. A.Elanqa, 89.

Xal: Avstriya – 6. Belçika – 3. İsveç – 3. Estoniya – 0. Azərbaycan – 0.

G qrupu

Macarıstan – Bolqarıstan 3:0
Qol: Veçey, 7. Soboslai, 26. Adam, 39.

Monteneqro – Serbiya 0:2
Qol: Vlahoviç, 78; 90+6.

Xal: Serbiya – 6. Macarıstan – 3. Monteneqro – 3. Litva – 0. Bolqarıstan – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: