AÇ-2024: Niderland millisi İngiltərə yığmasına qarşı

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün yarımfinal mərhələsinə yekun vurulacaq.

Arena.az xəbər verir ki, mərhələnin sonuncu oyunu İngiltərə və Niderland yığmaları arasında baş tutacaq.

Dortmund şəhərində təşkil olunacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Finala vəsiqə yolunda həlledici olan bu qarşılaşmanı Almaniyadan olan FİFA referisi Feliks Svayer idarə edəcək.

Qeyd edək ki, yarımfinalın ötən gün keçirilmiş ilk oyununda İspaniya millisi Fransa yığması üzərində əzmkar qələbə qazanmaqla finala yüksəlib.

Avropa çempionatının final görüşü iyulun 14-də keçiriləcək.

AÇ-2024
Yarımfinal
10 iyul

23:00. Niderland – İngiltərə
Baş hakim: Feliks Svayer (Almaniya).
Dortmund. “Siqnal İduna Park” stadionu.