AÇ-2024: Niderland yığması heyətini açıqladı

Futbol üzrə Niderland yığma komandasının qarşıdakı Avropa çempionatında (AÇ-2024) iştirak edəcək ilkin heyəti müəyyənləşib.

Arena.az bu barədə Niderland yığmasının “X” sosial şəbəkə hesabına istinadən məlumat verir.

Vurğulayaq ki, siyahıda hazırda 28 futbolçu var. Yekun iştirak ərizəsinə isə yalnız 26 futbolçu daxil ediləcək.

Niderland yığmasının AÇ-2024 üçün ilkin heyətini təqdim edirik:

Qapıçılar: Bart Verbryuggen, Mark Flekken, Yustin Beylo, Nik Olay;

Müdafiəçilər: Natan Ake, Deyli Blind, Matteys de Liqt, Vircil van Deyk, Lyutsharel Gertreyda, Ceremi Frimponq, Stefan de Vrey, Denzel Dumfris, Yan Matsen, Mikki van de Ven;

Yarımmüdafiəçilər: Corcinyo Veynaldum, Yoey Verman, Rayan Qravenberx, Frenki de Yonq, Marten de Ron, Tyon Kopmeyners, Teyani Reynders, Yerdi Sxauten;

Hücumçular: Stiven Berqveyn, Brayan Brobbi, Vaut Veqorst, Memfis Depay, Doniell Malen, Xavi Simons.

Qeyd edək ki, iyunun 14-də Almaniyada başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.

Niderland yığması “D” qrupunda Fransa, Avstriya və Polşa yığmaları ilə mübarizə aparacaq.