2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 5-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qrup (B, E, G və H qrupları) üzrə 9 qarşılaşma baş tutub.
Qətərdə keçirilmiş son dünya çempionatının finalçısı Fransa millisi İrlandiyanı qəbul edib və inamlı qələbəyə sevinib. B qrupunun digər matçında Yunanıstan Niderland yığmasının qonağı olub və darmadağına üzülüb.
E qrupunda Çexiya yığması doğma meydanda Albaniya ilə “sülh”ə razılaşıb. Polşa isə Farer adaları üzərində inamlı qələbəyə sevinib.
G qrupunda dörd qolun qeydə alındığı Litva – “Monteneqro” matçı heç-heçə bitib. Serbiya yığması isə doğma meydanda Macarıstana uduzub.
H qrupunda Qazaxıstan millisi də evdə Finlandiyaya məğlub olub. Qrupun digər oyunlarında Danimarka evdə San Marinonu, Sloveniyada Şimali İrlandiyanı 4 qolla üstələyib.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 5-ci tur
7 sentyabr
B qrupu
Fransa – İrlandiya 2:0
Qollar: Tçuameni, 19. Türam, 48.
Niderland – Yunanıstan 3:0
Qollar: De Ron, 17. Qakpo, 31. Veqorst, 39.
Xal: Fransa – 15. Niderland – 6. Yunanıstan – 6. İrlandiya – 3. Cəbəllütariq – 0.
E qrupu
Çexiya – Albaniya 1:1
Qollar: Çernı, 56 – Bayrami, 66.
Polşa – Farer adaları 2:0
Qollar: Levandovski, 73-pen; 83.
Xal: Çexiya – 8. Albaniya – 7. Polşa – 6. Moldova – 5. Farer adaları – 1.
G qrupu
Litva – Monteneqro 2:2
Qollar: Paulauskas, 71. Çernıx, 90+4 – Krstoviç, 78. Saviç, 89.
Serbiya – Macarıstan 1:2
Qollar: Salai, 10-öz qapısına – Varqa, 34. Orban, 36.
Xal: Macarıstan – 10. Serbiya – 7. Monteneqro – 5. Litva – 2. Bolqarıstan – 2.
H qrupu
Qazaxıstan – Finlandiya 0:1
Qol: Antman, 78.
Danimarka – San Marino 4:0
Qollar: Höybyerq, 26. Mehle, 28. Vind, 40. Poulsen, 90+4.
Sloveniya – Şimali İrlandiya 4:2
Qollar: Şporar, 3; 56. Stoyanoviç, 17. Şeşko, 42 – Prays, 7. Evans, 53.
Xal: Finlandiya – 12. Danimarka – 10. Sloveniya – 10. Qazaxıstan – 9. Şimali İrlandiya – 3. San Marino – 0.