Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün qrup mərhələsinin 2-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, 6-cı oyun günündə 3 qarşılaşma baş tutacaq.
Günün ilk oyunu B qrupu çərçivəsində Xorvatiya və Albaniya yığmaları arasında keçiriləcək. Hamburq şəhərində baş tutacaq bu oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Digər iki oyun isə A qrupunda yer almış komandalar arasında keçiriləcək. Əvvəlcə qitə birinciliyinə ev sahibliyi edən Almaniya millisi Macarıstan yığmasını sınağa çəkəcək. Ştutqartda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Bu qrupun digər oyunu isə Şotlandiya və İsveçrə yığmaları arasında gerçəkləşəcək. Köln şəhərindəki matçın start fiti saat 23:00-da səslənəcək.
AÇ-2024
19 iyun
B qrupu
17:00. Xorvatiya – Albaniya
Baş hakim: Fransua Leteksye (Fransa).
Hamburq. “Volksparkstadion”.
A qrupu
20:00. Almaniya – Macarıstan
Baş hakim: Danni Makkeli (Niderland).
Ştutqart. “MHP Arena”.
23:00. Şotlandiya – İsveçrə
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Köln. “Reyn Energi” stadionu.