Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə növbəti Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qrup üzrə 8 qarşılaşma baş tutub.
H qrupunda Qazaxıstan yığması evdə Sloveniyaya, San Marino seçməsi də Şimali İrlandiyaya məğlub olub. Danimarka – Finlandiya matçı isə meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.
C qrupunda çempionatın son qalibi İtaliya ilə İngiltərə yığması üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə başa çatıb. Qrupun digər görüşündə Şimali Makedoniya yığması Maltanı məğlub edib.
J qrupunda Portuqaliya yığması azarkeşləri önündə Lixtenşteyni sınağa çəkib. Kristiano Ronaldonun dubla imza atdığı matçda komandası 4 cavabsız qola sevinib. Bosniya və Herseqovina da İslandiyanı 3 cavabsız qolla məğlub edib. Slovakiyanın Lüksemburqla oyununda isə hesab açılmayıb.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 1-ci tur
23 mart
H qrupu
Qazaxıstan – Sloveniya 1:2
Qol: Samorodov, 24 – Brekalo, 47. Vipotnik, 78.
Danimarka – Finlandiya 3:1
Qol: Hoylund, 21; 82; 90+3 – Antman, 53.
San Marino – Şimali İrlandiya 0:2
Qol: D.Çarlz, 24; 55.
C qrupu
İtaliya – İngiltərə 1:2
Qol: M.Reteqi, 56 – D.Rays, 13. H.Keyn, 44.
Şimali Makedoniya – Malta 2:1
Qol: Elmas, 66. Çurlinov, 72 – Yannik, 86.
J qrupu
Bosniya və Herseqovina – İslandiya 3:0
Qol: Kruniç, 14; 40. Dediç, 63.
Portuqaliya – Lixtenşteyn 4:0
Qol: Kanselo, 8. B.Silva, 47. Ronaldo, 51-pen; 63.
Slovakiya – Lüksemburq 0:0


