AÇ-2024: Serbiya yığması genişlənmiş heyətini açıqladı

Futbol üzrə Serbiya yığma komandasının qarşıdakı Avropa çempionatında (AÇ-2024) iştirak edəcək ilkin heyəti müəyyənləşib.

Arena.az bu barədə Serbiya yığmasının mətbuat xidmətinə istinadən məlumat verir.

Qapıçılar: Vanya Milinkoviç-Saviç (“Torino”), Predraq Raykoviç (“Malyorka”), Corc Petroviç (“Çelsi”), Aleksandr Yovanoviç (“Partizan”);

Müdafiəçilər: Straxinya Pavloviç (“Zalsburq”), Nikola Milenkoviç (“Fiorentina”), Miloş Velkoviç (“Verder”), Srdjan Babiç (“Spartak” (Moskva)), Uroş Spayiç (“Srvena Zvezda”), Straxinya Erakoviç (“Zenit” (Sankt-Peterburq)), Nemanya Stoiç (TSC), Yan Karlo Simiç («Milan»);

Yarımmüdafiəçilər: Saşa Lukiç (“Fulhem”), Nemanya Qudel (“Sevilya”), Nemanya Maksimoviç (“Xetafe”), İvan İliç (“Torino”), Saşa Zdelar (CSKA (Moskva)), Srdjan Miyailoviç (“Srvena Zvezda”), Sergey Milinkoviç-Saviç (“Əl-Hilal”), Duşan Tadiç (“Fənərbaxça”), Samed Bajdar (“Partizan”), Aleksandar Çirkoviç (TSC), Lazar Samardjiç (“Udineze”), Velko Birmançeviç (“Sparta” (Praqa)), Filipp Kostiç (“Yuventus”), Filip Mladenoviç (“Panatinaikos”), Matiya Qluşçeviç (“Radniçki 1923”), Andriya Jivkoviç (PAOK), Miyat Qaçinoviç (AEK), Nemanya Radoniç (“Malyorka”);

Hücumçular: Aleksandr Mitroviç (“Əl-Hilal”), Duşan Vlahoviç (“Yuventus”), Luka Yoviç (“Milan”), Petr Ratkov (“Salzburq”), Mixail İvanoviç (“Voyvodina”).

Qeyd edək ki, iyunun 14-də Almaniyada başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.

Serbiya yığması “C” qrupunda Sloveniya, Danimarka və İngiltərə yığmaları ilə mübarizə aparacaq.