AÇ-2024: Son 3 vəsiqənin sahibi bu gün bəlli olacaq

Bu il Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının (AÇ-2024) final mərhələsinin son üç iştirakçısı bu gün bəlli olacaq.

Arena.az xəbər verir ki, pley-offun finalında Gürcüstan – Yunanıstan, Ukrayna – İslandiya və Polşa – Uels oyunları baş tutacaq.

Qələbə qazanan yığmalar Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.

AÇ-2024
Pley-offun final görüşləri
26 mart

21:00. Gürcüstan – Yunanıstan
23:45. Ukrayna – İslandiya
23:45. Polşa – Uels

Gürcüstan – Yunanıstan cütünün qalibi F qrupunda Portuqaliya, Türkiyə, Çexiya yığmalarına rəqib olacaq. Ukrayna – İslandiya duelinin güclüsü E qrupunda Belçika, Rumıniya və Slovakiya yığmaları ilə üz-üzə gələcək. Polşa – Uels matçında sevinən tərəf isə D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq.

Xatırladaq ki, Avropa çempionatı 14 iyun – 14 iyul aralığında Almaniyanın 10 şəhərində təşkil olunacaq.