2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində 5-ci turun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qrup (A, D və J qrupları) üzrə 7 qarşılaşma baş tutacaq.
A qrupunda Gürcüstan yığması İspaniyanı, Kipr seçməsi isə Şotlandiyanı qəbul edəcək.
D qrupunda əsas diqqətlər Türkiyədə olacaq. Burada Türkiyə millisi Ermənistan seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrupun digər matçında Xorvatiya və Latviya yığmaları üz-üzə gələcəklər.
J qrupunda isə Bosniya və Herseqovina Lixtenşteyni, Lüksemburq İslandiyanı, Slovakiya da Portuqaliyanı qəbul edəcək.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 5-ci tur
8 sentyabr
A qrupu
20:00. Gürcüstan – İspaniya
22:45. Kipr – Şotlandiya
Xal: Şotlandiya – 12. Gürcüstan – 4. Norveç – 4. İspaniya – 3. Kipr – 0.
D qrupu
22:45. Türkiyə – Ermənistan
22:45. Xorvatiya – Latviya
Xal: Türkiyə – 9. Ermənistan – 6. Xorvatiya – 4. Uels – 4. Latviya – 0.
J qrupu
22:45. Bosniya və Herseqovina – Lixtenşteyn
22:45. Lüksemburq – İslandiya
22:45. Slovakiya – Portuqaliya
Xal: Portuqaliya – 12. Slovakiya – 10. Lüksemburq – 7. Bosniya və Herseqovina – 3. İslandiya – 3. Lixtenşteyn – 0.