Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) qrup mərhələsinin 2-ci turuna bu gün yekun vurulacaq.
Arena.az xəbər verir ki, 9-cu oyun günündə daha 3 qarşılaşma baş tutacaq.
Əvvəlcə F qrupunun oyunları keçiriləcək. Günün ilk oyununda Gürcüstan və Çexiya yığmaları üz-üzə gələcəklər. Hamburq şəhərindəki qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Bu qrupun digər oyunu Portuqaliya və Türkiyə yığmaları arasında keçiriləcək. Dortmund şəhərinin ev sahibliyi etdiyi bu qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Xatırladaq ki, ilk turda Çexiya yığması Portuqaliyaya 1:2 hesabıyla uduzmuşdu. Türkiyə millisi isə Gürcüstanı 3:1 hesabıyla yenmişdi.
Günün və qrup mərhələsinin sonuncu görüşü isə E qrupunda yer almış Belçika və Rumıniya yığmaları arasında baş tutacaq. Köln şəhərində keçiriləcək oyun saat 23:00-da başlayacaq.
Xatırladaq ki, ilk turda Belçika yığması Slovakiyaya 0:1 hesabıyla məğlub olub. Rumınlar isə Ukraynanı 3:0 hesabıyla məğlub etmişdilər. Ötən gün baş tutan Slovakiya – Ukrayna matçında da ukraynalılar 2:1 hesabıyla qələbəyə seviniblər. Bu üzdən də hazırda E qrupunda Belçikanı çıxmaq şərtilə, qalan 3 komandanın hər birinini 3 xalı var.
AÇ-2024
22 iyun
F qrupu
17:00. Gürcüstan – Çexiya
Baş hakim: Daniel Zibert (Almaniya).
Hamburq. “Volksparkstadion”.
20:00. Türkiyə – Portuqaliya
Baş hakim: Feliks Svayer (Almaniya).
Dortmund. “Siqnal İduna Park” stadionu.
E qrupu
23:00. Belçika – Rumıniya
Baş hakim: Şimon Marçinyak (Polşa).
Köln. “Reyn Energi” stadionu.