AÇ-2024: Ukrayna və Fransa yığmalarının ilk sınağı

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün qrup mərhələsinin növbəti görüşləri keçiriləcək.

Arena.az xəbər verir ki, 4-cü oyun günündə D və E qrupları çərçivəsində 3 qarşılaşma baş tutacaq.

Günün ilk matçında, E qrupu çərçivəsində Rumıniya və Ukrayna yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Münhen şəhərində baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.

Bu qrupun digər oyunu saat 20:00-da Belçika və Slovakiya yığmaları arasında Frankfurtda keçiriləcək.

Günün sonuncu oyunu isə Avstriya və Fransa yığmaları arasında baş tutacaq. Düsseldorfda keçiriləcək görüşün start fiti saat 23:00-da səslənəcək. Bu qrupun ötən gün baş tutmuş ilk oyununda Niderland yığması Polşaya 2:1 hesabıyla qalib gəlib.

AÇ-2024
17 iyun

E qrupu

17:00. Rumıniya – Ukrayna
Baş hakim: Qlenn Nyüberq (İsveç).
Münhen, “Alyans Arena”.

20:00. Belçika – Slovakiya
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Frankfurt. “Valdstadion”.

D qrupu

23:00. Avstriya – Fransa
Baş hakim: Xesus Xil Mansano (İspaniya).
Düsseldorf, “Merkur Spiel-Arena”.