AÇ-2024-ün 1/8 finalına yekun vurulur

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün 1/8 final mərhələsinə yekun vurulacaq.

Arena.az xəbər verir ki, pley-offun dördüncü oyun günündə də iki qarşılaşma baş tutacaq.

Əvvəlcə Rumıniya və Niderland yığmaları üz-üzə gələcəklər. Münhen şəhərində təşkil olunacaq bu görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Günün digər oyunu Avstriya və Türkiyə yığmaları arasında baş tutacaq. Azərbaycanlı futbolsevərlərin də böyük maraqla gözlədiyi və Leypsiq şəhərində keçiriləcək bu görüşə saat 23:00-da start veriləcək.

Xatırladaq ki, daha öncə İsveçrə, Almaniya, İngiltərə, İspaniya, Fransa və Portuqaliya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.

AÇ-2024
1/8 final
2 iyul

20:00. Rumıniya – Niderland
Baş hakim: Feliks Svayer (Almaniya).
Münhen. “Alyans Arena”.

23:00. Avstriya – Türkiyə
Baş hakim: Artur Soares Dias (Portuqaliya).
Leypsiq. “Red Bull Arena”.