AÇ-2024-ün favoritlərinin siyahısı açıqlandı

“Goal” portalı bu il iyunun 14-dən iyulun 14-nə qədər Almaniyada keçiriləcək Avropa çempionatının (AÇ-2024) favoritlərini açıqlayıb.

Arena.az məlumat verir ki, portal bütün yarış iştirakçılarını öz təhlilinə əsasən, komandaların gücünə müvafiq sıralayıb.

Beləliklə, “Goal”ın seçiminə görə, Fransa yığması qarşıdakı Avropa çempionatının favoritdir. İkinci yerdə Portuqaliya, 3-cü pillədə isə Belçika millisi yer alıb.

Portalın seçiminə görə, 2024-cü il Avropa çempionatının favoritlərinin siyahısını təqdim edirik:

  1. Fransa;
  2. Portuqaliya;
  3. Belçika;
  4. İngiltərə;
  5. Almaniya;
  6. İspaniya;
  7. İtaliya;
  8. Macarıstan;
  9. Avstriya;
  10. Hollandiya;
  11. Xorvatiya;
  12. Danimarka;
  13. Türkiyə;
  14. Ukrayna;
  15. Slovakiya;
  16. İsveçrə;
  17. Çexiya;
  18. Sloveniya;
  19. Rumıniya;
  20. Şotlandiya;
  21. Serbiya;
  22. Polşa;
  23. Albaniya;
  24. Gürcüstan;

AÇ-2024 UEFA-nın üzvü olan milli komandalar arasında dörd ildən bir keçirilən futbol turniri olan 17-ci Avropa çempionatıdır. Avropa çempionatının cari qalibi adını İtaliya yığması daşıyır.