AÇ-2024-ün püşkatma mərasimində biabırçılıq – Video

Ötən gün Almaniyanın Hamburq şəhərində təşkil olunmuş AÇ-2024-ün püşkatma mərasimində biabırçı hadisə qeydə alınıb.

Arena.az xəbər verir ki, püşk atılan zaman mərasim zalından seksual qadın iniltiləri eşidilməyə başlayıb. Bu səslər bir müddət sonra dayanıb və aparıcılar da vəziyyəti ələ almağa çalışıblar. Lakin oxşar səslər püşkatmanın sonuna qədər səslənməyə davam edib.

Artıq hadisənin əsas səbəbkarının kimliyi müəyyənləşib. Belə ki, “Jarvo69” təxəllüslü hoqqabaz Daniel Carvis püşkatma mərasimində seksual qadın iniltilərinin onun hoqqası olduğunu bildirib. Carvis püşkatma mərasiminin canlı yayımına baxaraq, müəyyən manipulyasiyalardan istifadə etməklə tədbir zalında seksual qadın iniltilərini səsləndirib.

Xatırladaq ki, AÇ-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarını 10 şəhərin 10 stadionu ev qəbul edəcək. Hazırkı Avropa çempionu İtaliyadır.