AÇ-2024-ün rəsmi topu təqdim olundu – Fotolar

UEFA 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının (AÇ-2024) rəsmi topu tədim edib.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, AÇ-2024-ün oyunlarında bu toplardan istifadə ediləcək:

Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının matçları Almaniyanın 10 şəhərində baş tutacaq. Qitə birinciliyinin açılış oyunu Münhendə, finalı isə Berlində təşkil olunacaq. Turnirin 14 iyun – 14 iyul aralığında keçirilməsi planlaşdırılıb.