AÇ-2024-ün topu əllə oyun və “ofsayd”ları aşkar edəcək

2024-cü il Avropa Çempionatında (AÇ-2024) əl ilə oyun və oyundankənar vəziyyətləri müəyyən etmək üçün xüsusi topdan istifadə ediləcək.

Arena.az bu barədə “The Times” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 2024-cü ilin Avropa çempionatında əl ilə oyun və oyundankənar vəziyyət qərarlarında kömək məqsədilə pozuntunun nə vaxt edildiyini aşkarlayan top izləmə texnologiyası tətbiq ediləcək.

Top, mikroçip və top boyunca xarici təbəqənin arxasında aşkarlama sistemi ilə təchiz edilib. Texnologiya qərar qəbul edənlərə oyunçuların skeletlərinin üçölçülü (3D) görünüşünü təqdim edəcək. Bu zaman topun bədənin hansı hissəsinə dəydiyini dəqiq müəyyən etmək mümkün olacaq.

Çox güman ki, cərimə meydançasında topun ələ dəydiyi və penalti ilə nəticələnə biləcəyi hallarda texnologiya tez-tez istifadə ediləcək, amma bu, mütləq rəsmilərin qəbul etdiyi qərarların ləğvi ilə nəticələnməyəcək.

Qeyd edək ki, AÇ-2024 gələn il 14 iyun – 14 iyul aralığıda Almaniyanın 10 şəhərində təşkil olunacaq. Qitə birinciliyinin oyunlarını paytaxt Berlin, Köln, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Leypsiq, Münhen və Ştutqart şəhərləri qəbul edəcək.