AÇ-2025: Millimiz Lüksemburqa səfərdə uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdəki 7-ci oyununu Lüksemburq yığmasına qarşı keçirib.

Səfərdə baş tutan qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edib.

Xatırladaq ki, Azərbaycan millisi bu seçmə mərhələdə qazandığı yeganə qələbəyə məhz Lüksemburqla ev oyununda imza atmışdı – 3:2. Komandamız bu rəqibini səfərdə də yenməyi hədəfləmişdi. Amma cavab görüşündə Lüksemburq 2:0 hesablı qələbəyə sevinib.

F qrupunun bu gün baş tutan digər görüşlərində Ukrayna yığması Serbiyanı qəbul edib və 2:1 hesabıyla qələbə qazanıb. İngiltərə millisi isə Şimali İrlandiyanın qonağı olub. Bu görüşdə qapılara qol vurulmayıb.

AÇ-2025-in seçmə mərhələsi
F qrupu
6 sentyabr

Lüksemburq – Azərbaycan 2:0
Qollar: Leon Elshan, 21; 45+2-pen.
Baş hakim: Desire Qrundbaxer
Baş hakimin köməkçiləri: Mattias Sbrissa, Gillom Maire
Dördüncü hakim: Anojen Kanaqasinqam (Hakimlər briqadası İsveçrədəndir)
Emil Mayriş stadionu. Saat 21:30.

Lüksemburq: Eldin Latik, Migel Qonsalves (k), Massimo Aqostinelli, Frans Sinner, Yohann Torres, Rayan Berberi (Denis Ahmetceka, 83), İvan Enqlaro (Taylan Lionel Amu, 83), Tim Flik (Dino Sabotiç, 70), Kleyton İriqoyen, Leon Elshan (Ayman Dardari, 70), Djabi Embalo (Lenni Korreya, 90+3).

Azərbaycan: Rüstəm Samiqullin, Rüfət Əhmədov (Rüfət Abbasov, 71), Süleyman Damadayev, Cəlal Hüseynov, Mahir Həsənov, Abdulla Rzayev (Eşqin Əhmədov, 78), Xəyal Əliyev (Ağadadaş Salyanski, 71), Fərid Yusifli (k), Emil Səfərov, Murad Vəliyev (Camal Cəfərov, 63), Samir Abdullayev (Samir Məhərrəmli, 78)

Xal: Ukrayna – 21. İngiltərə – 19. Serbiya – 10. Lüksemburq – 7. Şimali İrlandiya – 7. Azərbaycan – 3.