21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2025-in seçmə mərhələsində keçirəcəyi daha iki oyununun başlama saatı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, U-21 millimizin oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburq komandasına qarşı keçirəcəyi oyunların başlama saatı məlumdur. “Dalğa Arena”da təşkil olunacaq oyunlar saat 18:00-da başlayacaq.
Xatırladaq ki, buna qədər Azərbaycan millisinin Serbiya ilə səfər oyununun pqoqramı məlum idi. Komandamız bu rəqiblə səfər matçına sentyabrın 12-də çıxacaq. Oyun Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərində yerləşən İdman Mərkəzində keçiriləcək. Qrupun ilk qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Yığmamız AÇ-2025-in seçmə mərhələsində İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparacaq.


