AÇ-2025: Millimizin daha iki matçının stadionu bəlli oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2025-in seçmə mərhələsində keçirəcəyi daha iki oyununun stadionu müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, U-21 millimiz oktyabr ayında Şimali İrlandiya və Lüksemburq komandalarını “Dalğa Arena”da qəbul edəcək.

Bu oyunlar müvafiq olaraq oktyabrın 12-də və 17-də baş tutacaq.

Xatırladaq ki, buna qədər Azərbaycan millisinin Serbiya ilə səfər oyununun pqoqramı məlum idi. Komandamız bu rəqiblə səfər matçına sentyabrın 12-də çıxacaq. Oyun Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərində yerləşən İdman Mərkəzində keçiriləcək. Qrupun ilk qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Yığmamız AÇ-2025-in seçmə mərhələsində İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: