AÇ-2025: Millimizin rəqiblərinin oyununda 7 cavabsız qol

21 yaşadək futbolçular arasında Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində növbəti turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı F qrupunda da iki qarşılaşma baş tutub.

Serbiya yığması doğma meydanda Şimali İrlandiya ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar əzmkar qələbəyə seviniblər.

İngiltərə millisi isə doğma meydanda Lüksemburqu sınağa çəkib. Bir neçə gün öncə Bakıda millimizə 5 qol vurmuş ingilislər bu dəfə 7 cavabsız qolla qalib gəliblər.

Xatırladaq ki, Azərbaycanın gənclərdən ibarət yığması da ötən gün evdə Ukraynaya böyük hesabla uduzub – 0:3.

Bu nəticələrdən sonra həm itkisiz irəliləyən Ukrayna yığmasının, həm də ikinci pillədə qərarlaşmış İngiltərə millisinin 18 xalı var. Azərbaycan yığması isə 3 xalla qrup sonuncusudur.

AÇ-2025-in seçmə mərhələsi
F qrupu
26 mart

Serbiya – Şimali İrlandiya 1:2
Qollar: Mitroviç, 40 – Allen, 56. Farkuar, 70.

İngiltərə – Lüksemburq 7:0
Qollar: Madueke, 23; 55. İlinq-Junior, 41; 72. Bayno-Gittens, 51. Rocers, 62; 82.

Xallar: Ukrayna – 18. İngiltərə – 18. Serbiya – 10. Şimali İrlandiya – 6. Lüksemburq – 4. Azərbaycan – 3.