AÇ-2025: Millimizin rəqiblərindən 2 oyuna 8 qol

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Arena.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı F qrupu çərçivəsində də iki görüş baş tutub.

Əvvəlki iki oyunundan maksimum nəticə ilə ayrılmış Ukrayna və İngiltərə yığmalarının görüşü daha maraqlı alınıb. Beş qolun qeydə alındığı qarşılaşma ukraynalıların qələbəsiylə yekunlaşıb – 3:2.

Serbiya yığması isə bu dəfə Şimali İrlandiyanın qonağı olub. Üç qolun qeydə alındığı bu görüşdə isə serblər səfər qələbəsinə seviniblər.

Bu nəticələrdən sonra itkisiz irəliləyən Ukrayna yığması vahid liderə çevrilib.

Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələyə Serbiyanın U-21 yığmasına qarşı keçirdiyi səfər oyunu ilə start vermişdi. Komandamız həmin görüşdə 0:2 hesablı məğlubiyyətlə üzləşmişdi. Millimizin Şimali İrlandiya ilə ev oyunu isə 0:1 hesablı məğlubiyyətlə yekunlaşıb.

Samir Əliyevin çalışdırdığı gənclərdən ibarət seçmə komandamız qrupdakı növbəti matçını bu gün doğma meydanda Lüksemburqa qarşı keçirəcək. “Azərsun Arena”da baş tutacaq oyuna saat 18:00-da start veriləcək.

AÇ-2025-in seçmə mərhələsi
F qrupu
16 oktyabr

Ukrayna – İngiltərə 3:2

Şimali İrlandiya – Serbiya 1:2

Xal: Ukrayna – 9. İngiltərə – 6. Serbiya – 6. Lüksemburq – 3. Şimali İrlandiya – 3. Azərbaycan – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: