AÇ-2025: Millimizin rəqiblərinin duelində biabırçı hesab

Bu gün 21 yaşadək futbolçular arasında (U-21) Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

Arena.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının yer aldığı F qrupunda da növbəti qarşılaşmalar baş tutub.

Millimizin doğma meydanda Şimali İrlandiyaya uduzduğu gündə İngiltərə Serbiyanı, Lüksemburq isə Ukraynanı qəbul edib. Hər iki oyun darmadağınla yekunlaşıb. Belə ki, ukraynalılar səfərdə 3 cavabsız qola seviniblər. Serbiya yığması isə ingilislərə daha biabırçı hesabla uduzub.

Bu nəticələrdən sonra İngiltərə yığması qrup liderliyini ələ keçirib, Ukrayna da eyni xal toplamasına rəğmən, ikinci pillədədir. Lüksemburq, Serbiya və Şimali İrlandiyanın hərəyə 3 xalı olduğu halda, millimiz hələ xal hesabını aça bilməyib.

Xatırladaq ki, Azərbaycanın U-21 yığması AÇ-2025-in seçmə mərhələsi çərçivəsindəki növbəti oyununu oktyabrın 17-də Lüksemburqa qarşı keçirəcək. “Azərsun Arena”da baş tutacaq matça saat 18:00-da start veriləcək.

AÇ-2025-in seçmə mərhələsi
F qrupu
12 oktyabr

Azərbaycan – Şimali İrlandiya 0:1

İngiltərə – Serbiya 9:1

Lüksemburq – Ukrayna 0:3

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: