AÇ-2025: U-21 millimiz 0:7 uduzdu, qrup sonuncusu oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün sonuncu matçına çıxıb.

Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdəki 10-cu oyununu İngiltərə yığmasına qarşı keçirib.

Bristol şəhərindəki “Aşton Qeyt” stadionunda baş tutan görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edib. Qarşılaşmanın baş hakimi xanım referi İvana Martinçiç olub.

Xatırladaq ki, Azərbaycan millisi İngiltərə yığması ilə ev oyununda 1:5 hesablı məğlubiyyətə üzülmüşdü. Uğursuz tsikl keçirən yığmamızın bu rəqiblə səfər oyunundakı şansları da yüksək qiymətləndirilmirdi. Bunadək ardıcıl 6 oyundur uduzan komandamız bu seçmə mərhələdəki yeganə qələbəsini doğma meydanda Lüksemburq üzərində qazanmışdı – 3:2. Qalan 8 oyun isə məğlubiyyətlə yekunlaşmışdı. Elə bu səbəbdən də Azərbaycan yığması yer aldığı qrupda 3 xalla sonuncu – 6-cı pillədə qərarlaşmışdı.

Millimiz bu seçmə mərhələyə acınacaqlı məğlubiyyətlə yekun vurub. Komandamız qapısından 7 cavabsız qol buraxıb. Nəticədə millimiz elə 3 xalla sonuncu olub. İngiltərə yığması isə bu darmadağın sayəsində qrup birincisi olub. Buna həm də Ukraynanın səfərdə Serbiyaya 0:1 hesablı məğlubiyyəti şərait yaradıb. Qrupun digər oyununda isə Lüksemburqla Şimali İrlandiya yığmaları sülh bağlayıblar – 0:0.

AÇ-2025-in seçmə mərhələsi
F qrupu
15 oktyabr

İngiltərə – Azərbaycan 7:0
Qollar: Çarli Kressuell, 2. Kallum Doyl. Ceyms Makate, 55. Cəlal Hüseynov, 70-öz qapısına. Elliot Anderson, 72. Deyn Skarlett, 86. Omari Hatçinsin, 90.
Hakimlər: İvana Martinçiç, Sanya Rodyak-Karşiç, Maya Petraviç, Sabina Boliç (hamısı Xorvatiya).
Hakim-inspektor: Yens Larsen (Danimarka).
UEFA nümayəndəsi: İqnas Marçinkeviçyus (Litva).
Bristol. “Eşton Qeyt” stadionu. Saat 22:30.

İngiltərə: 13. Ceyms Bidl, 15. Çarli Kressuell, 4. Jarell Kuansa (k), 12. Kallum Doyl (3. Lyuis Holl, 71), 16. Elliot Anderson, 17. Samuel İlinq-Junior, 18. Arçi Qrey (14. Cek Hinşelvud, 71), 21. Ceymi Gittens (23. Deyn Skarlett, 61), 8. Aleks Skott (6. Tayler Morton, 71), 20. Morqan Rocers (7. Omari Hatçinson, 61), 10. Ceyms Makati.
Ehtiyat oyunçular: 1. Ceyms Trefford, 22. Samuel Tikl, 5. Teylor Hervud-Bellis.
Baş məşqçi: Ben Futçer.

Azərbaycan: 12. Xəyal Fərzullayev, 4. Cəlal Hüseynov, 5. Mahir Həsənov, 15. Süleyman Damadayev, 2. Abdulla Rzayev (14. Qurban Səfərov, 86), 3. Rüfət Abbasov (20. Rüfət Əhmədov, 76), 6. Zeynəddin Abdurahmanov, 7. Xəyal Əliyev (10. Samir Abdullayev, 76), 8. Fərid Yusifli (k), 9. Musa Qurbanlı (19. Ağadadaş Salyanski, 76), 11. Nəriman Axundzadə (17. Murad Vəliyev, 81).
Ehtiyat oyunçular: 1. Rüstəm Samiqullin, 13. Seymur Məmmədov, 18. Rauf Rüstəmli, 21. Emin Rüstəmov.
Baş məşqçi: Samir Əliyev.

Xallar: İngiltərə – 25. Ukrayna – 24. Serbiya – 16. Şimali İrlandiya – 11. Lüksemburq – 8. Azərbaycan – 3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: