AÇ-2025: U-21 millimiz Ukraynaya Bakıda böyük hesabla uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdəki altıncı oyununu Ukrayna yığmasına qarşı keçirib.

Bakıda baş tutan qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edib. Oyunun baş hakimi FİFA referisi Dario Bel olub.

Xatırladaq ki, Azərbaycan millisi Ukraynaya qarşı İspaniyada keçirdiyi səfər oyununda 0:1 hesabıyla uduzmuşdu. Komandamız bu gün həmin məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Üstəlik, ukraynalılar buna qədər keçirdikləri 5 oyunun hamısından qalib ayrılmışdılar. Bu üzdən millimiz rəqibin uğurlu seriyasına da son qoya bilərdi.

Qrupumuzun lideri isə qələbə seriyasını Bakıda da davam etdirmək arzusundaydı. Yekunda sevinən tərəf də məhz qonaqlar olublar. Millimiz bu oyunda 3 cavabsız qolla uduzub.

Azərbaycan yığması bu seçmə mərhələdə Serbiyaya (səfərdə 0:2), Şimali İrlandiyaya (evdə 0:1) və İngiltərəyə (evdə 1:5) də məğlub olmuşdu. Komandamız yalnız Lüksemburqla ev oyunundan 3:2 hesablı qələbə ilə ayrılmışdı.

F qrupunun bu gün baş tutacaq digər görüşlərində Serbiya Şimali İrlandiyanı, İngiltərə isə Lüksemburqu qəbul edəcək.

AÇ-2025-in seçmə mərhələsi
F qrupu
26 mart

Azərbaycan – Ukrayna 0:3
Qollar: A.Yatsuk, 25. O.Oçeretko, 40. V.Rubxniski, 66.
Baş hakim: Dario Bel (Xorvatiya).
Baş hakimin köməkçiləri: Qoran Pataki, İvan Yaniç (Xorvatiya).
Dördüncü hakim: Zdenka Lovriç (Xorvatiya).
Bakı. “Azərsun Arena”.

Azərbaycan: 22. Amin Ramazanov, 19. Qurban Səfərov (2. Abdulla Rzayev, 60), 13. Seymur Məmmədov, 4. Cəlal Hüseynov, 15. Süleyman Damadayev, 20. Rüfət Əhmədov (3. Rüfət Abbasov, 79), 17. Murad Vəliyev, 8. Emil Səfərov, 6. Zeynəddin Abdurahmanov (5. Nəriman Həsənzadə, 73), 7. Camal Cəfərov (16. Xəyal Əliyev, 60), 9. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Rüstəm Samiqullin, 14. Ayxan Süleymanlı, 18. Ağadadaş Salyanski, 21. İbrahim Ramazanov, 23. Ramin Nəsirli.
Baş məşqçi: Samir Əliyev.

Ukrayna: 1. Ruslan Neşçeret, 4. İlya Krupski, 13. Volodimir Salyuk, 16. Arseni Bataqov, 15. Artyom Smolyakov, 18. Aleksandr Yatsuk, 22. Valentin Rubçinski (9. Yevgen Pavlyuk, 86), 8. Oleq Oçeretko (11. İvan Varfolomeyev, 74), 21. Maksim Braharu (19. Maksim Klan, 57), 20. İqor Krasnopir (17. İqor Horbaç, 74), 10. Nazar Voloşin (14. İlya Kvastnitsya, 86).
Ehtiyat oyunçular: 12. Yakev Kinareikin, 2. Kostiantin Vivçarenko, 5. Vitali Roman, 6. Boris Kruşinski.
Baş məşqçi: Unai Melqosa.

Xal: Ukrayna – 18. İngiltərə – 15. Serbiya – 10. Lüksemburq – 4. Şimali İrlandiya – 3. Azərbaycan – 3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: