21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz səfərdə Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində baş tutan oyunu Türkiyədən olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi Erkan Özdamar olub. Ona Serkan Olğuncan və Murat Tuğberk Curbay yardım ediblər. Dördüncü hakim isə Zorbay Küçük olub.
Qarşılaşma isə Azərbaycan yığması üçün uğursuz alınıb. Komandamız 2 cavabsız qolla məğlub olub.
Qeyd edək ki, F qrupunda Azərbaycan və Serbiya yığmalarından başqa İngiltərə, Lüksemburq, Ukrayna və Şimali İrlandiyanın U-21 seçmələri də yer alıb. Bu günə qədər bu qrupda iki oyun keçirilmişdi. Bu oyunların hər ikisi Lüksemburq yığmasının iştirakıyla baş tutmuşdu. Sözügedən komanda əvvəlcə səfərdə Şimali İrlandiyanın U-21 yığmasına 1:0 hesabıyla qalib gəlmişdilər. Ötən gün isə lüksemburqlular doğma meydanda İngiltərə yığmasına 0:3 hesabıyla məğlub olmuşdular.
Bu gün millimizin yer aldığı qrupda Ukrayna – Şimali İrlandiya oyunu da baş tutub. Ukraynalılar bu ev oyunundan 1:0 hesablı qələbə ilə ayrılıblar.
Azərbaycanın U-21 millisi qrupdakı növbəti oyunlarını gələn ay keçirəcək. Komandamız oktyabrın 12-də və 17-də Bakıda ardıcıl iki ev oyununa çıxacaq. Əvvəlcə Şimali İrlandiyanı qəbul edəcək yığmamız beş gün sonra da Lüksemburqu sınağa çəkəcək.
AÇ-2025-in seçmə mərhələsi
F qrupu
12 sentyabr
Serbiya – Azərbaycan 2:0
Qollar: Mihaylo İliç, 19; 26.
Qırmızı vərəqə: Süleyman Damadayev, 90.
Baş hakim: Erkan Özdamar (Türkiyə).
Baş hakimin köməkçiləri: Serkan Olguncan, Murat Tugberk Curbay (Türkiyə).
Dördüncü hakim: Zorbay Küçük (Türkiyə).
Stara Pazova. SFF İdman Mərkəzi.
Serbiya: 1. Veliko İliç, 3. Mihaylo İliç, 6. Aleksa Matiç, 7. Miloş Pantoviç (18. Miloş Lukoviç, 77), 9. Stefan Mitroviç (2. Viktor Roqan, 87), 11. Vladimir Luçic (k) (17. Ruoş Kabiç, 87), 14. Matea Corceviç (5. Nemanya Dekoviç, 87), 15. Luka Subotiç, 20. Alyoşa Vaşiç (10. İqor Miladinoviç, 60), 21. Nikola Stankoviç, 22. Mitar Ergelaş.
Ehtiyat oyunçular: 23. Filip Stankoviç, 8. Yovan Lukiç, 13. David Petroviç, 19. Nikola Yojiç.
Baş məşqçi: Duşan Corceviç.
Azərbaycan: 1. Rüstəm Samiqullin, 2. Abdulla Rzayev, 4. Cəlal Hüseynov, 6. Rüfət Əhmədov, 8. Fərid Yusifli (k), (5. Nazim Həsənzadə, 71), 10. Veysəl Rzayev, 13. Elçin Qasımov (17. Murad Vəliyev, 46), 15. Süleyman Damadayev, 16. Seymur Məmmədov, 19. Samir Abdullayev (11. Samir Məhərrəmli, 78), 23. Ramin Nəsirli (7. Camal Cəfərov, 71).
Ehtiyat oyunçular: 22. Rza Cəfərov, 14. Mehrac Bəxşəli, 18. Hüseyn Babayev, 20. Zeynəddin Abdurəhmanov, 21. Ayxan Süleymanlı.
Baş məşqçi: Samir Əliyev.
Xal: İngiltərə – 3. Serbiya – 3. Ukrayna – 3. Lüksemburq – 3. Şimali İrlandiya – 3. Azərbaycan – 0.


