21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) AÇ-2025-in seçmə mərhələsində növbəti oyunlar üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, millimiz oktyabrın 12-də “Azərsun Arena”da Şimali İrlandiya, 17-də isə Lüksemburq yığması ilə qarşılaşacaq.
AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, baş məşqçi Samir Əliyev qarşıdakı oyunlar üçün 24 futbolçuya dəvət göndərib.
Xatırladaq ki, U-21 yığmamız AÇ-2025-in seçmə mərhələsi çərçivəsindəki ilk matçını Serbiyaya qarşı keçirib və məğlub olub – 0:2.
Azərbaycan millisi seçmə mərhələdə İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparır.
1. Rza Cəfərov – Neftçi
2. Yusif İmanov – Sabah
3. Rüstəm Samiqullin – Sabah
4. İbrahim Ramazanov – Qəbələ
5. Süleyman Damadayev – Şamaxı
6. Hüseyn Babayev – Neftçi
7. Mahir Həsənov – Kəpəz
8. Əli Abdullayev – Karvan
9. Abdulla Rzayev – Araz-Naxçıvan
10. Rüfət Əhmədov – Kəpəz
11. Mirəli Əhmədov – Araz-Naxçıvan
12. Ayhan Süleymanlı – Sumqayıt
13. Samir Məhərrəmli – Şamaxı
14. Nazim Həsənzadə – Zirə
15. Camal Cəfərov – Sabah
16. Ramin Nəsirli – Dauqavplis (Latviya)
17. Elçin Qasımov – Şamaxı
18. Murad Vəliyev – Levadiya (Tallin, Estoniya)
19. Fərid Yusifli – Neftçi
20. Veysəl Rzayev – Turan Tovuz
21. Zeynəddin Abdurahmanov – Səbail
22. Samir Abdullayev – Səbail
23. Xəyal Əliyev – Sabah
24. Ağadadaş Salyanski – Neftçi


