Futzal üzrə Avropa çempionatının (AÇ-2026) əsas mərhələsində Bakıda baş tutacaq Azərbaycan – İsveç matçının təyinatları açıqlanıb.
Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Bu görüşdə ədaləti Qazaxıstandan olan hakimlər briqadası qoruyacaq. Oyunu Aslan Qalayev, Turexan Tursumbayev və Nurlybek Kalimaqanbetov idarə edəcəklər.
Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – İsveç matçına saat 20:00-da start veriləcək.