AÇ-2027: U-21 millimizin rəqibləri bəlli oldu

Bu gün 21 yaşadək futbolçulardan ibarət (U-21) milli komandalar arasında Avropa çempionatının (AÇ-2027) seçmə mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

B qrupunda yer alan U-21 millimiz Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq yığmaları ilə mübarizə aparacaq.

2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək. Gələn ilin noyabr ayında isə pley-off qarşılaşmalarında AÇ-2027-yə son vəsiqələrin sahibi müəyyənləşəcək. Avropa çempionatının final mərhələsi isə 2027-ci ildə Albaniya və Serbiyanın birgə təşkilatçılığı ilə keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: