19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) Avropa çempionatının seçmə mərhələsindəki oyunlarına təyinatlar bəlli olub.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamızın noyabrın 13-də İslandiyaya qarşı matçını Şotlandiyadan olan Devid Dikinson idarə edəcək.
Üç gün sonra İrlandiya ilə görüşdə Miloş Milanoviç, noyabrın 19-da Moldova ilə qarşılaşmada yenidən Dikinson ədaləti qoruyacaq.
U-19, Avropa çempionatının seçmə mərhələsi
7-ci qrup
13 noyabr
14:00. Azərbaycan – İslandiya
Baş hakim: Devid Dikinson (Şotlandiya).
Baş hakimin köməkçiləri: Kreyq Ferqyuson (Şotlandiya), Gennadi Lisita (Moldova).
Dördüncü hakim: İqor Boska (Moldova).
“Zimbru-2” stadionu.
16 noyabr
14:00. İrlandiya – Azərbaycan
Baş hakim: Miloş Milanoviç (Serbiya).
Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Gennadi Lisita (Moldova).
Dördüncü hakim: İqor Boska (Moldova).
“Zimbru-2” stadionu.
19 noyabr
15:00. Moldova – Azərbaycan
Baş hakim: Devid Dikinson (Şotlandiya).
Baş hakimin köməkçiləri: Kreyq Ferqyuson (Şotlandiya), Lukaş Matuşek (Çexiya).
Dördüncü hakim: Yan Petrik (Çexiya).
“Zimbru” stadionu.