Adam Lallana Premyer Liqa klubu ilə yeni müqavilə bağladı

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Brayton” klubu yarımmüdafiəçisi Adam Lallana ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni anlaşma 2024-cü ilin 30 iyununa kimi nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti mövsümün sonunda başa çatırdı.

Xatırladaq ki, Adam Lallana 2020-ci ilin iyul ayında “Liverpul”dan azad agent kimi ayrılaraq “Brayton”a keçib. 34 yaşlı futbolçu bu mövsüm bütün turnirlər çərçivəsində meydana çıxdığı 18 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə verib. O, bu komandanın heyətində bütövlükdə 74 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

İngilis futbolçu daha öncə “Liverpul”la (178 oyun, 22 qol, 22 məhsuldar ötürmə) yanaşı, “Sauthempton” (265 oyun, 60 qol və 48 məhsuldar ötürmə) və “Bornmut”da (4 oyun) da forma geyinib. O, İngiltərə milli komandasında keçirdiyi 34 matçda da 3 dəfə fərqlənib.

Xatırladaq ki, “Brayton” bu mövsüm İngiltərə Premyer Liqasında 24 oyuna topladığı 39 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: