Adama Diakabi – “Qarabağ”ın yeni transferi!

Futbol üzrə Fransanın U-21 milli komandasının sabiq yarımmüdafiəçisi Adama Diakabi Azərbaycan çempionu “Qarabağ”a transfer olunub. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 26 yaşlı vingerlə müddəti 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb. Son iş yeri Fransanın “Amyen” klubu olmuş futbolçu 2022-ci ilin 1 iyulunda Fransa təmsilçisindən ayrılandan bəri azad agent statusu daşıyırdı. Bu üzdən də Ağdam klubu ona görə əlavə xərcə düşməyib.

Adama Diakabi karyerası ərzində “Kan”, “Renn”, “Monako”, “Haddersfild” və “Nottingem Forest” klublarının da formasını geyinib. O, 2021-ci ilin fevralından uğurları üçün çalışdığı “Amyen”də 26 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi Fransanın U-21 millisində də 4 oyuna çıxıb.