“Adana Dəmirspor” “Lill”in türk futbolçusunu transfer etdi

Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın “Lill” komandasından Mustafa Kapını transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə 3.5 illik müqavilə imzalanıb.

“Qalatasaray”ın yetirməsi olan Mustafa 2020-ci ilin sentyabrında “Lill”ə transfer edilmişdi. Amma o, bu klubun əsas komandasında möhkəmlənə bilmədiyi üçün iş yerini dəyişməyə qərar verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: