Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi “Mançester Siti”nin qapıçısı Ariyanet Muriçi icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı kosovolu qapıçı 2021/22 mövsümünün sonuna qədər icarə əsasında “Adana Dəmirspor”un uğurları üçün çalışacaq.
Ariyanet Muriç 2015-ci ildən “Mançester Siti”dədir. Lakin o, bu klubun əsas komandasında forma geyinməyib. Kosovo millisinin qapıçısı “NAC Breda”, “Nottingem Forest”, “Jirona” və “Villem II” klublarında da icarədə olub.
“Adana Dəmirspor” bundan əvvəl Yunes Belhanda, Yonas Svensson, Lukas Kastro, Mario Balotelli, Benjamin Stambuli, Britt Assombalonqa, Davit Akintola kimi futbolçuları da transfer edib.