“Adana Dəmirspor”la “Sivasspor” 3 xalı 4 qolla qazandı

Futbol üzrə Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

“Sivasspor” “Fatih Karagümrük”lə, “Adana Dəmirspor” isə “Qaziantep”lə ev oyununda 4 cavabsız qola sevinib. “Antalyaspor” da “Yeni Malatyaspor”la ev oyunundan minimal hesabla qalib ayrılıb.

Türkiyə Super Liqası
7-ci tur
24 sentyabr

Altay – Beşiktaş 2:1
Qol: Kappel, 57. Bamba, 88 – G.Yalçın, 47.

25 sentyabr

Sivasspor – Fatih Karagümrük 4:0
Qol: Kayode, 1. Qutas, 50. Feliks, 56. Qradel, 71.

Antalyaspor – Yeni Malatyaspor 1:0
Qol: G.Vural, 89.

Adana Dəmirspor – Qaziantep 4:0
Qol: Y.Akgün, 12. Koker, 65-öz qapısına. Balotelli, 78. Assombalonqa, 85-pen.

26 sentyabr

14:30. Girəsunspor – Kayserispor
17:00. Başakşəhər – Rizəspor
17:00. Hatayspor – Fənərbaxça
20:00. Qalatasaray – Göztəpə

27 sentyabr

21:00. Kasımpaşa – Konyaspor
21:00. Trabzonspor – Alanyaspor