Adi Hütter rəsmən “Borussiya”da!

Adi Hütter Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasının yeni baş məşqçisi kimi rəsmən təqdim olunub. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssis bu gün klubun bazasına baş çəkib. O, yeni klubu ilə müddəti 2024-cü ilin yayında bitəcək müqaviləyə imza atıb.

Qeyd edək ki, Adi Hütter son üç mövsümdə “Ayntraxt”a (Frankfurt) rəhbərlik edib. Onun Mönhenqladbax təmsilçisinə gələcəyini “Borussiya” hələ mart ayında rəsmən açıqlamışdı. Hütter bu komandanın baş məşqçi postunda Marko Rozeni əvəzləyəcək. Roze isə yeni mövsümdən Dortmund “Borussiya”sının baş məşqçisi olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: