“Adidas” Almaniya millisində “44” nömrəni qadağan etdi – Səbəb

Almaniya yığmasının futbol komandasının texniki sponsoru “Adidas” bundestimin formasının üzərindəki 44 rəqəmini qadağan edəcək.

Arena.az bu barədə “Sport Bild” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, bunun səbəbi, “44” rəqəminin nasizm rəmzi ilə oxşarlığıdır.

“Adidas”ın nümayəndəsi Oliver Brüggen, şirkətin mövqeyini belə izah edib:

“44”-cü nömrənin buraxılması ən qısa zamanda qadağan ediləcək. “Adidas”da təxminən 100 ölkədən insanın çalışdığı, müxtəliflik və inklüzivliyə sadiq bir şirkətdir və bir şirkət olaraq ksenofobiya, antisemitizm, zorakılıq və hər hansı surətdə nifrətə qarşı fəal şəkildə mübarizə aparırıq”, deyə Brüggen vurğulayıb.

Vurğulanır ki, oyun formalarında yeni şrift sayəsində “44” rəqəmi ötən əsrin 30-40-cı illərində SS-nin rəmzi kimi xidmət edən “ziq” rununu xatırladır. Oyunçular onsuz da yarış qaydalarına görə bu nömrəni seçə bilməyəcəkdilər, amma azarkeşlərin “44” nömrəli formanı sifariş etmək imkanı vardı. Bununla belə, “Adidas” bunun belə olmamasına qərar verdi. Şirkətin məqsədi hər hansı təxribatın qarşısını öncədən almaq və mümkün fəsadlardan sığortalanmaqdır.

Xatırladaq ki, Almaniya yığması ev sahibliyi edəcəyi AÇ-2024-də “A” qrupunda Şotlandiya, Macarıstan və İsveçrə yığmaları ilə mübarizə aparacaq. Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.