Azərbaycanın stolüstü tennisçisi Adil Əhmədzadə Portuqaliyada keçirilən “WTT Youth Contender Vila Real 2023” turnirində uğurla çıxış edib. Arena.az xəbər verir ki, 14 yaşlı idmançımız qrup mərhələsində Portuqaliya və İspaniya təmsilçilərini üstələyib.
Ardınca Polşa, Peru və Ruminiyadan olan rəqiblərinə də qalib gələn tennisçi yarımfinala adlayıb. Finalın bir addımlığında İtaliya idmançısına uduzan Adil Əhmədzadə nüfuzlu beynəlxalq turnirin bürünc mükafatına layiq görülüb.
Bu yaş qrupunda (U-15) ümumilikdə 61 idmançı mübarizə aparıb. Bu da sözügedən yarışda kifayət qədər ciddi rəqabətdən xəbər verir.


