“Kəpəz”in yeni baş məşqçisi Adil Şükürov Premyer Liqa təmsilçisinin “sükanı arxası”na keçməsi ilə bağlı fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, o, Gəncə klubunun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Kəpəz” mənim üçün yad bir komanda deyil. Mən burada futbolçu kimi oynamışam. Bu gün də “Kəpəz”ə məşqçi kimi gəlmişəm. Komandanın uğur qazanması üçün əlimdən gələni edəcəyəm. İnşallah, azarkeşlərimizlə, komandamızla birlikdə “Kəpəz”i ən yaxşı yerlərə yüksəltməyə çalışacağıq. Mən o vaxt “Kəpəz”ə gələndə də komanda ağır durumda idi. İndiki vəziyyət də o cürdür. Azarkeşlər ancaq “Kəpəz”i fikirləşsinlər, dəstək olsunlar. Bizim də işimiz ağırdır. Buna görə də azarkeşlərin dəstəyi bizə lazımdır. Biz çoxdan danışırdıq, danışıqlar gedirdi, bu işlərlə məşğul olurduq. Əsas odur ki, azarkeşlərimiz stadiona gəlsinlər, bizimlə dəstək olsunlar. Baş məşqçi kimi bütün gücümü səfərbər edəcəyəm ki, “Kəpəz” layiq olduğu yerə qayıda bilsin”.
Xatırladaq ki, Adil Şükürov bu gün “Kəpəz”lə 2 illik müqavilə imzalayıb. 46 yaşlı mütəxəssis bu vəzifədə bir neçə gün əvvəl istefa vermiş Azər Məmmədovu əvəzləyib.
“Kəpəz” bu mövsüm Azərbaycan Premyer Liqasında 13 oyuna topladığı 9 qolla 9-cu pillədə qərarlaşıb.