Azərbaycanlı futbol mütəxəssisi Adil Şükürov Premyer Liqa təmsilçisi “Kəpəz”in baş məşqçisi vəzifəsinə təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssislə 2 illlik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Xatırladaq ki, Adil Şükürov daha öncə də “Kəpəz”in baş məşqçisi olub. O, 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə “sarı-göylər”i çalışdırıb.
Şükürov bu komandada futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci illər mövsümündə “Kəpəz”in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.
“Kəpəz”i son olaraq Azər Bağırov çalışdırıb. O, komandanı Premyer Liqada saxlamağı bacarsa da, 2024/2025-ci illər mövsümü bitən kimi Gəncə təmsilçisindən ayrılmışdı.


