“Adriatik incisi”: Azərbaycanı Budvada 11 boksçu təmsil edəcək

Martın 5-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi “Adriatik incisi” beynəlxalq turniri start götürəcək.

Arena.az xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Turnirdə yığmamızın baş məşqçisi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında bu boksçularımız qüvvələrini sınayacaqlar:

Bilalhəbəşi Nəzərov (48 kq)
Zidan Hümbətov (51 kq)
Məhəmmədəli Aşurəliyev (57 kq)
İbrahim Zeynalov (63,5 kq)
Hüseyn Hacıyev (67 kq)
Ziya Həsənov (71 kq)

Qızların yarışında isə məşqçi Anar Baxışovun rəhbərliyi altında 5 boksçumuz medal qazanmağa çalışacaq:

Lalə Mədətova (48 kq)
Nərmin Əlizadə (50 kq)
Aynur Mikaylov (54 kq)
Qızbəs İsgəndər (57 kq)
Emili Rzayeva (63 kq)

“Adriatik incisi” turnirində Azərbaycanı hakim kimi Rövşən Qədirov təmsil edəcək.

Bu gün səfərə yollanan yığmamız martın 11-də Bakıya qayıdacaq.