Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqanın və Əvəzedicilər Liqasının ilk turu ilə bağlı qərarlar qəbul olunub.
Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün 1-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası, 1-ci tur
“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Naxçıvan klubu 800 manat cərimə edilib. Oyun bitəndən sonra futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə Naxçıvan klubu 500 manat cərimə edilib. Oyunun 78-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Ağdam klubu buna görə 500 manat cərimə edilib.
“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə paytaxt klubu 1500 manat cərimə edilib.
“Sumqayıt” – “Kəpəz” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” klubu 500 manat cərimə edilib. Bu görüşdə oyun günü planı pozulduğuna görə “Sumqayıt” klubu 1000 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 1-ci tur
“Araz-Naxçıvan-2” – “Qarabağ-2” oyununun 68-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Ayaz Mikayılov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanın. Ağdam klubu buna görə 50 manat cərimə edilib.
“Neftçi-2” – “Turan Tovuz-2” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Neftçi” 50 manat cərimə edilib. “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 70 manat cərimə edilib. “Turan Tovuz”un futbolçusu Murad Dadaşev təcavüzkar davranışa (rəqibə əl-qol atdığına) görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Tovuz klubu buna görə 200 manat cərimə edilib. “Turan Tovuz”un 6 futbolçusu sarı vərəqə aldığına görə Tovuz komandası 70 manat cərimə edilib.
“Şamaxı-2” – “Sabah-2” oyununda “Sabah” matçöncəsi protokolu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə paytaxt komandası 100 manat cərimə edilib.
“Zirə-2” – “Səbail-2” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt komandası 70 manat cərimə edilib. “Səbail”in futbolçusu Teymur Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Səbail” buna görə 50 manat cərimə edilib. Oyun bitəndən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə” 80 manat cərimə edilib.