Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqa, Əvəzedicilər Liqası və Birinci Liqa ilə bağlı müxtəlif qərarlar çıxarılıb.
Arena.az bu turnirlər çərçivəsində keçirilmiş son oyunlarla bağlı qəbul olunmuş qərarlarla sizi də tanış edir:
Azərbaycan Premyer Liqası, 6-cı tur
“Araz-Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Naxçıvan klubu 800 manat cərimə edilib.
“Şamaxı” – “Sumqayıt” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib. “Sumqayıt”ın futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozduğuna görə klub 500 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 6-cı tur
“Zirə-2” – “Neftçi-2” oyununun 1-ci dəqiqəsində “Zirə”nin futbolçusu Fərid Kələntərov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Zirə” buna görə 150 manat cərimə edilib. “Zirə”nin futbolçusu Yelmar Aşurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Zirə” buna görə 50 manat cərimə edilib.
Birinci Liqa, 1-ci tur
“Karvan” – “Qaradağ Lökbatan” oyununda “Karvan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Yevlax klubu 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” 80 manat cərimə edilib.
“Difai” – “Cəbrayıl” oyununda “Difai”nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Oyunun 90+4-cü dəqiqəsində “Cəbrayıl”ın futbolçusu Okan Təhməzli ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Cəbrayıl” buna görə 50 manat cərimə edilib.
“İmişli” – “Baku Sportinq” oyununda “Baku Sportinq”in 5 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sportinq” 70 manat cərimə edilib. Oyununun 83-cü dəqiqəsində “Baku Sportinq”in futbolçusu Hüseyn Mürsəlov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Baku Sportinq” buna görə 50 manat cərimə edilib.
MOİK – “Mingəçevir” oyununda “Mingəçevir”in 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Mingəçevir”in formalarında problem olduğundan oyun gec başladığına görə sözügedən klub 80 manat cərimə edilib. Oyunun 30-cu dəqiqəsində topdaşıyanlar meydançaya daxil olduğuna görə MOİK klubu 50 manat cərimə edilib. Oyun günü planının tələbləri pozulduğuna görə MOİK klubu 100 manat cərimə edilib. Əsasnamənin tələbləri pozulduğuna görə MOİK klubu daha 50 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə MOİK 80 manat cərimə edilib.