AFFA-dan Fernando Santosa 70 illik yubiley hədiyyəsi

AFFA Azərbaycan milli komandasının baş məşqçisi Fernando Santosu 70 illik yubileyi münasibəti ilə təbrik edib.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev bu gün milli komandamızın Estoniya ilə oyunöncəsi məşqində iştirak edib. O, Fernando Santosu 70 illik yubileyi ilə əlaqədar təbrik edib. Hacıyev portuqaliyalı mütəxəssisə millimizin üzərində “Fernando Santos 70” yazılmış formasını hədiyyə edib.

Xatırladaq ki, yığmamız sabah UEFA Millətlər Liqasının oyununda səfərdə Estoniya ilə qarşılaşacaq. C Liqasının 1-ci qrupunun görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbəri istədiklərinizlə paylaşın