Bakı Olimpiya Stadionunda AFFA tərəfindən Azərbaycan Premyer Liqası, Birinci Divizion və qadın hakimlər üçün növbəti seminar təşkil edilib. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Hakimlər Komitəsinin sədri Barış Şimşəkin başçılığı ilə təşkil olunmuş seminarda türkiyəli mütəxəssislər Burçin Kəskin, Bahattin Duran və Tarık Ongun da iştirak ediblər.
Seminarda Azərbaycan Premyer Liqası, Birinci Divizion və beynəlxalq oyunlardan olan epizodlar müzakirə edilib. UEFA tərəfindən təqdim edilən son təlimatlar da hakimlərin diqqətinə çatdırılıb.






