Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi” – “Turan Tovuz” oyununda meydan sahibi komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə paytaxt klubu 1600 manat cərimə edilib.
Meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 1600 manat cərimə edilib.
Oyun bitdikdən sonra meydançaya və dəhlizə “A Buraxılışı” olmayan şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.
“Turan Tovuz” futbolçularının ünvanına “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə görə “Neftçi” klubu 4000 manat cərimə edilib.
Oyunun 90+8-ci dəqiqəsində “Neftçi”nin tərcüməçisi Vüqar Əliyev qonaq komandanın rəsmi şəxslərinə qarşı qeyri-etik ifadə və hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Buna görə o, Azərbaycan kubokunda 5 oyun cəzalanıb, klubu 4000 manat cərimə edilib.
“Səbail” – “Qəbələ” oyununda “Səbail”in futbolçusu Vüqar Həsənov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 200 manat cərimə edilib.
“Səbail”in futbolçusu Qustavo de Fransa da ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 200 manat cərimə edilib.
“Səbail” daha bir futbolçusu – Adil Nağıyev də ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 200 manat cərimə edilib.
“Səbail”in 3 futbolçusu qırmızı vərəqə aldığına görə paytaxt klubu 4800 manat cərimə edilib.
Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 1600 manat cərimə edilib.
Oyun bitdikdən sonra meydançaya kənar əşyalar atıldığına görə “Səbail” klubu 1600 manat cərimə edilib.
Matçın rəsmi şəxslərinin ünvanına “Səbail” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə görə “Səbail” klubu 4000 manat cərimə edilib.
Oyun bitdikdən sonra “Qəbələ” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə əyalət klubu 800 manat cərimə edilib.
“Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 800 manat cərimə edilib.


