Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqanın 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi” – “Səbail” oyununda “Səbail”in 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün sözügedən klub 800 manat cərimə edilib.
“Şamaxı” – “Kəpəz” oyununda “Şamaxı”nın 5 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün sözügedən klub 800 manat cərimə edilib. Bu oyunda “Kəpəz”in də 6 oyunçusu sarı vərəqə ilə cəzalanıb. Gəncə klubu da buna görə 800 manat cərimə edilib.