AFFA-dan “Səbail”in məşqçisinə 20 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri yerinə yetirmədiyi üçün 800 manat cərimə olunub.

“Səbail” – “Sumqayıt” oyununun 76-cı dəqiqəsində “Səbail”in baş məşqçisinin köməkçisi Vüqar Məmməd matçın köməkçi hakimi Cavanşir Yusifovu vurduğuna görə Azərbaycan Kuboku görüşlərində 20 oyun cəzalanıb, klub 16 000 (on altı min) manat cərimə olunub.

“Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Kəpəz” – “Keşlə” oyununda pirotexniki maddələrdən istifadə olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunub. Diktor məlumatları vaxtında vermədiyi üçün meydan sahibi klub 800 manat cərimə olunub. Görüşdə yanğınsöndürən nümayəndə təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub. “Keşlə”nin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 800 manat cərimə olunub. “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

1/4 final mərhələsinin “Zirə” – “Neftçi” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.