AFFA İntizam Komitəsi Azərbaycan Birinci Divizionu çərçivəsində danışılmış oyunlarda iştirak etmiş 6 futbolçunu cəzalandırıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, MOİK-də çıxış edən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Elşən Veysov, ordu klubunun sabiq üzvü Qabil Sabirli, eləcə də MOİK-in formasını geyinmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan Fərman Bayramov danışılmış oyunlar barədə məlumatlı olsalar da, müvafiq orqanlara məlumat verməyiblər. Buna görə onların 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulub.
Adları çəkilən futbolçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilərlər.
Bundan əlavə, Samir Hüseynov adlı şəxs danışılmış oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilib. Onun AFFA və PFL bayrağı altında keçirilən matçlarda stadiona daxil olması da qadağan edilib.
İntizam Komitəsinin bu faktlarla bağlı rəsmi qərarları
MOİK klubunda çıxış edən 04.02.1992-ci il təvəllüdlü Hüseynov Kamil İsrafil oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun;
MOİK klubunda çıxış edən 28.10.1992-ci il təvəllüdlü Allahverdiyev İlham Elman oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun;
MOİK klubunda çıxış edən 22.05.2002-ci il təvəllüdlü Rüstəmov Rüstəm Kənan oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun;
MOİK klubunda çıxış etmiş 20.05.2000-ci il təvəllüdlü Sabirli Qabil Mobil oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun;
MOİK klubunda çıxış etmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan 18.12.2000-ci il təvəllüdlü Bayramov Fərman Namiq oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun (maddə 80.4; 32.2);
MOİK klubunda çıxış edən 01.01.2000-ci il təvəllüdlü Veysov Elşən Kamil oğlunun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulsun;
16.08.1988-ci il təvəllüdlü Hüseynov Samir Azər oğlu danışılmış oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilsin. Onun AFFA və PFL bayrağı altında keçirilən oyunlarda stadiona daxil olmağı qadağan edilsin.